Ermənistanda son sutka ərzində daha 451 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 36 613-ə, virus qurbanlarının sayı isə 692-yə yüksəlib.

Bundan əlavə, indiyədək 25 734 nəfər sağalıb. Ölkədə 10 187 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.