İmişli rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.