Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4421-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 238 641 nəfərdə koronavirus aşkar olunub. Son sutkada isə daha 694 nəfər bu virusa yoluxub. Ümumilikdə 174 985 nəfər sağalıb.