Gürcüstanda son sutkada koronavirusa 8 yeni yoluxma halı təsdiqlənib.

Unikal.org xəbər verir ki, bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 145-ə çatıb. Onların 927-si müalicə olunaraq sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 459, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır.