Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, Cinayət Məcəlləsinin 228.4-cü, 317-2.1-ci, 66.2-ci, 93.1.4-cü, 67.1-ci, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.