Türkiyədə 6 ildir gündəmdə olan “Toy nə zamandır?” sualı nəhayət ki, bu gün cavabını tapıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur aktrisa Gupse Özay və aktyor Barış Arduç bu gün İzmirdə nikah masasına oturacaqlar. 2014-cü ildə “Deliha” filminin çəkilişlərində baş rolları canlandıran Gubse və Barış həmin film ərəfəsində sevgili olublar. 6 ildir gözlənilən nikah, nəhayət ki, bu gün ba.ş tutacaq Lakin məşhur cütlük koronavirus pandemiyası səbəbi ilə nikaha məhdud sayda qonaq dəvət edəcəklərini bildiriblər. Gubse və Baruş toy arzusundan hələlik vaz keçməli olublar.
Toyun gələn ilə qalması bir yana, deyəsən, gəlinin balayı sevdası da ürəyində qalacaq.