Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.
Unikal.org apa-ya isrtinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları - 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.