Türkiyəli məşhur aktrisa Vildan Atasevər toya hazırlaşdığı halda, nişanlısı iş adamı Erkan Akdemirdən ayrılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ayrılığa səbəb cütlük arasında yaranan fikir ayrılıqlarıdır. Ötən ilin aprel ayında nişanlanan aktrisa daha öncə də iki dəfə nikah masasına oturub. Taylan Kılıç ilə evliliyini 2007-ci ildə bitirən Vildan Atasevər 2010-cu ildə ailə qurduğu İsmail Hacıoğludan 2015-ci ildə boşanıb.
Qeyd edək ki, aktrisa açıqlamasında "Təkrar eyni sonluğu yaşamaq istəmirəm, sonunda üzülməkdənsə, başlamadan bitməsi ən xeyirlisidir",-deyib.