Türkiyənin İzmir şəhərinin sakini dörd yaşlı qızını silahla öldürdükdən sonra həmin silahla intihar edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Məlumata əsasən 36 yaşlı E.T. təxminən bir il əvvəl həyat yoldaşından ayrılıb.
Silah səslərini eşidən qonşular xəbər verdikdən sonra polis və tibb işçiləri hadisə yerinə gəlib.
Kapitan rütbəli qatil atanın bir müddət əvvəl qızını həyat yoldaşına göstərmədiyi iddia edilir.