ABŞ Prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək prezident seçkilərini təxirə salmaq istəyib.
Unikal.org xəbər verir ki, “Twitter” hesabındakı açıqlamasında Tramp hazırkı şərtlərdə poçt vasitəsi ilə səs veriləcəyi təqdirdə, 2020-ci il seçkilərinin ABŞ tarixindəki ən səhv və saxta seçkilər olacağını bildirib. "Seçkilər insanların düzgün və etibarlı səs verə biləcəyi müddətə qədər təxirə salınmalıdır”, - ABŞ lideri qeyd edib.
Digər tərəfdən, Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden Trampın yenidən qələbə qazanmaq üçün seçkiləri təxirə salmağa çalışacağını bildirib.