Koronavirus xəstəliyini keçirənlər eşitmədə problemlərlə üzləşirlər.
Unikal.org “American Journal of Otalaryngology”yə istinadən xəbər verir ki, bu qənaətə Mançester Universitetinin bir qrup tədqiqatçısı gəlib.
Onların tədqiqatında 121 nəfər koronavirus keçirib sağalmış şəxsin vəziyyəti araşdırılır ki, bunlardan 16 nəfəri xəstəxanadan buraxıldıqdan iki ay sonra eşitmə qabiliyyətinin zəiflədiyini bildirib.
Tədqiqat müəllifləri həmçinin qızılca, meningit, epidemik parotit kimi xəstəliklərin viruslarının eşitməni zəifləyə biləcəyini göstərirlər. Bunun səbəbi kimi, eşitmə siniri vasitəsilə məlumatların beyinə ötürülməsində pozuntu ola biləcəyi qeyd edilir.
Bununla yanaşı, xəstələrin eşitmə qabiliyyətindəki problemlərin sarsıntılar, yaxud istifadə etdikləri dərmanlardan da əmələ gələ biləcəyini güman edilir.