Rusiyada son bir gündə daha 5 462 nəfərə COVID-19 diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 845 443 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 95 nəfər artaraq 14 058-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 646 524 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.