Bu yaxınlarda ABŞ-ın tanınmış siyasətçilər, şirkət rəhbərləri və bir çox məşhurun "Twitter" hesabını qanunsuz yolla ələ keçirən 17 yaşlı Qraham İvan Klark və başqa 2 şəxs saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşı 17 yaşlı Qraham İvan Klark və 22 yaşlı Nima Fazel, və İngiltərə vətəndaşı Meyson Şeppard, piratçılıq və şəxsi məlumatların qanunsuz yolla alınıb-satılmasında ittiham olunurlar.
Florida ştatının Hilsboro dairəsi prokurorluğu 17 yaşlı Qraham İvan Klarkın bu günə qədər 30 ayrı cinayətə görə axtarıldığını bildirib. O, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və digər insanların kompüter sistemlərinə icazəsiz giriş əldə etməkdə ittiham olunur.
Xatırladaq ki, iyulun 15-də hakerlər, ABŞ-ın keçmiş prezidenti Barak Obama, prezidentliyə namizəd Co Bayden, Amazon şirkətinin rəhbəri Ceff Bezos, Maykrosoftun rəhbəri Bill Geyts, Teslanın qurucusu Elon Mask, Kanye Vest və həyat yoldaşı Kim Kardaşyan kimi məşhurların "Twitter" hesablarını ələ keçirərək fırıldaq xarakterli saxta paylaşımlar etmişdilər.