Almaniyanın paytaxtı Berlində 17 min insanın iştirakı ilə yeni növ koronavirus (COVID-19) qaydalarına etiraz aksiyası keçirilib.
Unikal.org xəbər verir ki, minlərlə insan, şəhər mərkəzindəki Unter den Linden Prospektində, COVID-19 tədbirlərinə etiraz nümayişləri üçün toplanıb.
Belə ki, nümayişçilər COVID-19 səbəbiylə görülən tədbirləri; maska taxma və məsafədən istifadə qaydalarını tənqid edən plakatlarla yürüşə çıxıblar.
Maska taxmağın və sosial məsafə qaydalarına əməl edilmədiyini müşahidə edən aksiyada Almaniya kansleri Angela Merkel və səhiyyə naziri Jens Spahn əleyhinə şüarlar da səsləndirilib.