ABŞ prezidenti Donald Tramp uzun müddətdir gündəmdə olan “TikTok”un qadağan edilməsilə bağlı fərman imzalayacaq.
Unikal.org xəbər verir ki, bu barədə o, Florida ştatına etdiyi səfərdən sonra paytaxt Vaşinqtona qayıdarkən təyyarədə açıqlama verib. Trump, qərarını 24 saat içində rəsmiləşdirmə ehtimalının olduğunu da söyləyib.
Qeyd edək ki, ABŞ və dünyada 800 milyon aktiv istifadəçisi olan “TikTok”un istifadəçilərin şəxsi məlumatlarını Çin rəhbərliyinə bildirdiyi iddia edilir. Bir çox amerikalı ekspertin fikrincə, firma ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.