Hindistanın şimalında yerləşən Pəncab əyalətində kustar üsulla istehsal edilmiş spirtli içkidən azı 86 nəfər ölüb.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı yerli polis bölgədə 100-dən çox reyd keçirib.
Reydlər zamanı xeyli sayda mənşəyi məlum olmayan maddələrdən hazırlanmış içkilər müsadirə edilib, 25 nəfər həbs edilib.
Pəncab əyalətinin rəhbəri Amarinder Sinq açıqlamasında bildirib ki, saxta içkilər əsasən yol kənarındakı kafelərdə və kəndlərdə satılır.
Ötən gün təkcə Andhra Pradeş əyalətində bu səbəbdən 10 nəfərin öldüyü məlum olub. İçkilərin əksəriyyətinin tərkibində metanol maddəsi aşkar edilib.
Qeyd edək ki, metanoldan hətta az miqdarda istifadə korluğa, qaraciyərin zədələnməsinə və ölümə səbəb ola bilər.