Rusiya Səhiyyə Nazirliyi oktyabr ayında koronavirusa qarşı kütləvi peyvənd kampaniyasını planlaşdırır. 

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, oktyabr ayı üçün əhalinin daha geniş peyvəndləməsi aparılacaq: “Tədricən yeni bir müalicə sistemini işə salmalıyıq. Koronavirusa qarşı yeni peyvənd pulsuz olacaq”. 

Qeyd edək ki, Muraşko daha əvvəl “Qamaleya” Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanmış yeni koronavirus peyvəndinin klinik sınaqlarının bitdiyini demişdi.