Bitkoinin qiyməti 12 min dolları ötüb.
Unikal.org-un elektron kriptovalyuta birjasına istinadən verdiyi məlumata görə, saat 08:07 üçün bitkoinin qiyməti 12 001 dollara çatıb.
Bildirilir ki, bitkoinin qiyməti 2019-cu ilin avqust ayından sonra ilk dəfə 12 min dollar səviyyəsini keçib.
Qeyd edək ki, bitkoinin maksimal qiyməti 2017-ci ilin dekabr ayında 20 min dollar olub.