Əfqanıstanın Nəngərhar vilayətində şiddətli yağışlar selin yaranmasına səbəb olub.
Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində 16 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Məlumata görə, ölənlərin 15-i azyaşlı olub.
Bundan başqa, bir çox evlərin dağıldığı bildirilir.