Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.
Unikal.org xarici KİV-nə istinadən xəbər verir ki, Abişev büdcə vəsaitini mənimsəməkdə günahlandırılır. “Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Monitorinqi Komitəsi, büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinən Qazaxıstan Respublikası Səhiyyə Nazirinin müavini O. Abisevin İqtisadi Təhqiqat Xidmətinin işçiləri tərəfindən tutulması faktını təsdiqləyir”, - deyə məlumatda bildirilir.
Faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, Oljas Abişev 2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunub. O, rəqəmsal və informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh olub.