ABŞ-da üz köçürülməsi (transplantasiya) edilən ilk qadın olan Konni Kalp ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadının ölüm səbəbi açıqlanmır.
Qeyd edilib ki, transplantasiya 2008-ci ildə həyata keçirilib. Qadının əri Tomas 2004-cü ildə silahdan önun sifətinə atəş açıb. Hadisə nəticəsində qadının sifəti tanınmaz hala düşüb. Üz transplantasiyası üçün o, 30 əməliyyat keçirməli olub.