Çinin Nantong şəhərində tikinti sahəsində bədbəxt hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, inşaat işçisi 4 metr hündürlükdən tikinti sahəsinin relsinə düşüb. Belə ki, polad çubuqlardan ibarət olan relslər işçinin boyun və sinəsinə batıb. Lakin işçi möcüzəvi şəkildə sağ qalıb.
Səlahiyyətlilərin müdaxiləsi nəticəsində işçi xəstəxanaya aparılıb. Həkimlərin açıqlamasına görə, polad çubuqlar işçinin orqanlarına və əsas damarlarına zərər vermədiyini və işçinin bu səbəbdən sağ qala biləcəyini ifadə ediblər.