"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır".
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O, əldə olunan nəticələrin vətəndaşların karantin qaydalarına əməl etməsinin nəticəsi olduğunu bildirib:
"Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə yardım bundan sonra da davam etdiriləcək. İyulun 28-dək 30 minədək vergi ödəyicisinin müraciəti əsasında 24 825 muzdlu işçiyə ikinci tranşda maaş ödənilib. Maliyyə dəstəyinə ehtiyacı olan sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir".