"Mövcüd vəziyyət çimərliklərin açılmasına imkan yaradır. Ölkə başçısının müvafiq tapşırığı var. “ASAN Xidmət”, Bakı Şəhər İcra Hakimiyyəti, ETSN və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edildi. Həmin qruplar Bakı və Sumqayıt çimərliklərində monitorinq həyata keçirdi".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, sırf pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə riayət olunması na şəraiti olan çimərliklər müəyyən edildi:
“Ümumiyyətlə bütün çimərliklərdə insanların sərbəst istifadəsi nəzərdə tutulub. Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Çimərlik.az saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcüd şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.