Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibbi mütəxəsisslərlə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilsin. Bu müzakirələr davam etdirilir.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.
H.Hacıyev qeyd edib ki, onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq: “Burada digər ölkələrin təcrübələrinə müraciət edilir”.