Orduya dəstək yürüşündə vətəndaşların həmrəyliyi qürurverici idi. Bütün ictimaiyyət gördü ki, Qarabağ məsələsində Azərbaycan cəmiyyətində vahid mövqe var. Lakin yürüşə kütləvi toplaşma olmasaydı, bugünkü rəqəmlər daha aşağı olardı.
Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.
Onun sözlərinə görə, epidemioloqlar tərəfindən aidiyyatı üzrə araşdırma aparılır.
“Burada koronavirus daşıyıcısı olan insanların toplanması var idi. Ona görə vətəndaşlar kütləvi tədbirlərə, karantin qaydalarına zidd olaraq yas mərasimlərinə getməsinlər. Çünki təcrübə göstərir ki, kütləvi yoluxma belə tədbirlərdə olur”.