Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Vilayət Eyvazov əmri ilə İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Samir Qurbanov Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin edilib. O isə bu təyinata qədər Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Famil Fərhadoğlu