Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kuprin xərçəngin inkişafına təsir göstərən faktorlardan danışıb.

Unikal.org-un xəbərinə görə, o qeyd edib ki, onkoloji xəstəliklərin 15%-ni genetika ilə izah etmək olsa da, yaş və həyat tərzi ilə bağlı olan mutasiyaların da böyük rolu var.

Həkim bildirib ki, siqaret çəkmək xərçəngin yaranma riskini 30 dəfə artırır.

O əlavə edib ki, insan siqareti atdıqdan yalnız 10 il sonra orqanizm “özünə gəlir”.

Kaprin yaşın da təsirindən danışaraq bildirib ki, 65 yaşdan sonra hər beş ildən bir hüceyrə mutasasiyalarının riski 10% artır ki, bunun da qarşısını orqanizmin immun sistemi ala bilmir.