"Bu günə qədər Prezident İlham Əliyevin açılışını etdiyi modul tipli xəstəxalardan yalnız beşi istifadəyə verilib".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, iyun və iyul aylarında xəstə sayında artım nəzərə alınaraq bəzi günlərdə Bakıda doluluq 80-85%-ə çatsa da, regionlarda bu rəqəm 30% olub: "Bakı və Sumqayıtda əhalinin sıxlığı nəzərə alınaraq əlavə müəssisələrin cəlb olunması istiqamətində tədbirlər görüldü. Bu günə qədər ehtiyatların hamısı istifadə edilməyib. Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb".