"Yeni Müsavat" qəzeti yenidən hədəfdir
14:06 08-12-2012
CƏMİYYƏT
"Yeni Müsavat" qəzeti yenidən hədəfdir
Xəbər verildiyi kimi, "Baku Steel Company" "Yeni Müsavat" qəzeti ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib. Şirkətin mətbuat xidmətinin media qurumlarına göndərdiyi press-relizdə bildirlir ki, "Son 3 ildə bu qəzetin Azərbaycan metallurgiya sənayesinin inkişafında xüsusi yeri və çəkisi olan "Baku Steel Company" MMC-nin fəaliyyəti barədə yaydığı yalan və heç bir həqiqətə uyğun olmayan məlumatlar müəssisənin çoxminli kollektivi tərəfindən ciddi narazılıqlarla qarşılanıb.
Ölkədə yaradılan demokratiya və söz azadlığından bu cür istifadə, əslində sui-istifadə faktoru kimi diqqəti cəlb edir. Məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və sübutlara istinad edilmədən "Bakı Poladtökmə" ASC-nin və onun İdarə Heyətinin sədri Oqtay Rəfiyevin, o cümlədən "Baku Steel Company" MMC-nin fəaliyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumat verilib və bununla da həm müəssisələrin çoxminli kollektivinin, həm də idarə heyəti sədrinin işgüzar nüfuzuna ziyan vurulub.
Bu göstərilənləri, faktiki olaraq onlar çox az bir hissədir, nəzərə alaraq müəssisə rəhbərləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, işgüzar nüfuza vurduğu zərərə görə "Yeni Müsavat" qəzetinin təkzib verməsini və müəssisələrin xeyrinə 1.000.000 (bir milyon) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş ediblər".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə açıqlamasında adı çəkilən şirkət tərəfindən məhkəməyə verilmələri barədə iddia ərizəsi almadıqlarını bildirib: "Bu cür məsələlərdə məlumatlardan əvvəl iddia ərizəsi olur. Lakin biz iddia ərizəsi almamışıq və bu halda məsələyə detallı şəkildə münasibət bildirmək bir qədər problemdir. Lakin ümumi halda mətbuatı, xüsusilə də tənqidçi medianı məhkəməyə vermək tendensiyası adi hal alıb. Bunu pisləyirəm. Bu cür məsələlərin məhkəməyə qədər həll olunması mümkündür. Digər yolları sınamadan məhkəməyə müraciət etmək mətbuat və söz azadlığına aqressiv münasibət deməkdir ki, bu da ölkənin reytinq göstəricilərini aşağı salan faktdır".
"Qəribə" və diqqət çəkən məsələ həm də odur ki, dekabrın 6-da "Yeni Müsavat" qəzetinə Xətai Rayon Məhkəməsindən də məktub daxil olub. Məktubda bildirilir ki, Solmaz Şirinova adlı şəxs məhkəməyə xüsusi ittiham qaydasında müraciət edərək "Yeni Müsavat"ın müxbiri Elşən Məmmədəliyevə qarşı CM 147-148-ci maddələri (təhqir, böhtan) üzrə cinayət işi açılmasını və müxbirin həbsini tələb edib. Solmaz Hüseynova iddia ərizəsində qeyd edib ki, Elşən Məmmədəliyev onun haqqında böhtan xarakterli materiallar dərc edib.
Elşən Məmmədəliyev isə deyir ki, Solmaz Şirinova adlı şəxsin adı keçən yazı redaksiyaya daxil olan şikayət materialı əsasında yazılıb və orada hər hansı təhqirə, böhtana yol verilməsindən söhbət gedə bilməz.
"Yeni Müsavat" qəzetininn hüquqşünası Vaqif Hüseyn "Unikal"a bildirdi ki, "Baku Steel Kompany"-nin qəzetimizə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Çünki sözügedən məqalədə həmin şirkət barədə heç bir təsvir və tənqidi fakt ifadə olunmayıb. Həmin məqalədə, sadəcə, qəzetuin əməkdaşı şirkətdən işdən çıxmış fəhlələrlə söhbət edib və yazını da bu söhbətlərin əsasıənda qələmə alıb. Şirkətin rəhbərliyi iddia edir ki, guya məqalədə şirkətin rəhbərliyi də əsasız şəkildə tənqid edilib. Amma şirkətin rəhbərliyinə məsləhət görərdim ki, həmin məqaləni bir daha ciddi şəkildə mütaliə etsinlər. Məqalədə şirkətin rəhbərlıiyi barədə heç nə yazılmayıb və bir daha xdatırladıram ki, müxbirin fəhlələrlə söhbəti əsasında işlənmiş reportajdır".
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı azad sözə basqı kimi qiymətləndirib. Onun sözlərinə görə, Müstəqil mediaya qarşı açıq ifadə edilmiş nifrət siyasəti ona gətirib çıxarıb ki, hər yerindən duran müstəqil qəzetlərə və jurnalistlərə hücumlarını yarınmaq göstəricisi sayır. Bu hücum nə qədər güclü görünsə, bu şəxslər bir o qədər çox xoşa gələcəklərini düşünürlər. Məhkəmələr də təbii ki, belə ağlasığmaz iddiaların siyasi aksiya olduğunu yaxşı bildiklərindən öz töhfələrini verməyə çalışırlar. Məncə, belə iddiaları yuxarıya göndərmək lazımdır ki, özlərini göstərmək istəyənləri yerində oturmağa çağırsınlar".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27