“Baku Steel Company”yə ağır ittiham
12:58 11-12-2012
İQTİSADİYYAT
“Baku Steel Company”yə ağır ittiham
Şirkət inhisarçılıqda və bunun nəticəsində qiymətləri bahalaşdırmaqda suçlandırılır
Bu ilin noyabr ayında Azərbaycanda sənaye mallarının istehsal qiymətləri orta hesabla 4,1% azalıb. İstisna yalnız bir çox halda əsassız olaraq qiymətlərin qalxdığının qeydə alındığı bir neçə sənaye sahəsi təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrda qara metallardan hazır məhsul zavodlarda 8,4% bahalaşıb. Bəs belə bir bahalaşmanın səbəbləri nədir, yaxud səbəbkarları kimlərdir? Qiymət artımı təbii proseslərinmi nəticəsində baş verir, yoxsa onun kökündə süni məqamlarmı dayanır?
Sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədovun sosial şəbəkələrdə yayılan fikirlərini oxuduqda ortaya maraqlı nüanslar çıxır. Onun fikrincə, məlum bahalaşma qara metallurgiya bazarının bir şirkətin əlində inhisara alınmasının aşkar təzahürüdür. “Bu gün “Baku Steel Company” təkcə istehsala nəzarət etmir, şirkət faktiki olaraq yerli bazarda yeganə metal prokat istehsalçısı, qara metalların və ferroqatışıqların ixrac və idxalına da nəzarət edir. Bu şirkətdən xəbərsiz metal əridilməsi və emalı üçün avadanlıq gətirmək mümkün deyil”, - deyə o qeyd edib.
Məmmədovun sözlərinə görə, Gürcüstanda qara metal prokat Azərbaycandan 40% ucuzdur. Bu birbaşa işgüzar fəallığa, həmçinin onların istehlak səviyyəsinə təsir edir.
Xatırladaq ki, bu ilin avqust ayından Bakıda 20-dən çox hazır metal məhsulu istehsalı ilə məşğul olan sahibkarlıq subyektinin fəaliyyəti dayandırılıb. Çeşidli KİV-lərin iddialarına görə, bu, məhz “Baku Steel Company”nin bazardakı inhisarçı mövqelərini daha da gücləndirməyə hesablanıb.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28