Belarusun Novopolts şəhərində etiraz aksiyaları fonunda istefa verən milis kapitanı Yeqor Yemelyanov saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marina Yemelyanova məlumat verib.

Kapitan aksiya qaydalarını pozmaqda ittiham olunur.

Qadının sözlərinə görə, Yemelyanova zəng edilib və bildirilib ki, rəsmi formanı təhvil vermək üçün akt və bəzi sənədləri imzalamaq lazımdır.

“17:55-də ona zəng etdim, hələ şöbədə idi, sənədləri doldururdu. Üç yaşlı kiçik qızımızı kimin götürəcəyini müəyyənləşdirmək üçün 19:55-də ona zəng etdim. O dedi ki, saxlanılıb. Niyə? Dedi ki, hələ bilmir”, - deyə Marina bildirib.

Xatırladaq ki, Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarında  altı min nəfər saxlanılıb.