Yəməndə yeni hökumət formalaşdırmaq üçün görüşlər başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Yəmən prezidenti Abdurabbu Mansur Hadinin müşaviri Əbdülmalik əl-Mihlafi özünün "Twitter” hesabında yazıb.
O bildirib ki, ölkə prezidenti tərəfindən yeni hökuməti formalaşdırmaq üçün təyin olunan Muin Əbdülmalik artıq danışıqlara başlayıb. Prezidentin müşaviri qeyd edib ki, danışıqlardan sonra hökumət qurulacaq.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ötən il noyabrın 5-də Yəmən hökuməti ilə Müvəqqəti hökumət arasında qarşılıqlı müqavilə imzalanıb.
Lakin razılaşma təhlükəsizlik bəndlərinin tərəflər arasında yaratdığı fikir ayrılığı səbəbindən həyata keçirilə bilməyib.