Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.

DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.

O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.