"Ehtimal ki, bəşəriyyət tarixində heç olmadığı qədər sürətli şəkildə peyvəndə sahib olacağıq”.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Səhiyyə naziri Yens Span deyib.
ZDF telekanalına açıqlama verən nazir bildirib ki, növbəti aylarda, ən pis ehtimalla, gələn il koronavirusa qarşı peyvənd hazır olacaq.
Dəqiq tarix açıqlamayan Span insanın hansı aralıqda peyvənd olmalı olduğunu və ya immunitetin nə qədər daimi olacağını söyləməyin mümkünsüzlüyünü dilə gətirib.
Qeyd edək ki, Rusiya 11 avqust tarixində koronavirusa qarşı peyvəndin dövlət qeydiyyatına alındığını, kütləvi peyvəndləmənin 2 həftə sonra başlayacağını açıqlamışdı.