Gürcüstanda son sutkada koronavirusa 23 yeni yoluxma faktı təsdiqlənib, 17 pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 306 nəfərə, sağalanların sayı isə 1 085 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 7 597, tibbi nəzarətdə isə 261 nəfər saxlanılır.