ABŞ-ın sabiq rəhbəri Barak Obama Donald Trampın Amerika prezidenti postunda iflasa uğraması səbəbindən ölkədə 170 min insanın koronavirusdan öldüyünü bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Demokratlar partiyasının qurultayında çıxış edən Obamanın nitqinin tezislərində deyilir.
“Donald Tramp hələ ABŞ prezidenti postuna qədər “yetişməyib”, çünki bunun öhdəsindən gəlmir. Bu iflasın nəticəsi ciddidir, 170 min amerikalı ölüb”, - deyə Obama qeyd edib.
Bundan savayı, ABŞ-ın sabiq lideri əlavə edib ki, Trampın hakimiyyəti dövründə “milyonlarla iş yeri itirilib”, ABŞ-ın “ən pis tərəfləri üzə çıxıb”, “ölkənin reputasiyası və ləyaqəti bütün dünyada sarsılıb”, “demokratik institutlar təhlükə altında qalıb”.
Obama səkkiz il öncə onunla vitse-prezident postunda çalışan Cozef Baydenin üstünlüklərindən də danışıb.
“Onun sayəsində mən prezident kimi daha yaxşı oldum. Ölkəni daha yaxşı etmək üçün onun xarakteri və təcrübəsi var”.