Rektorlar Azad Rəhimovu saymırlar
13:02 12-12-2012
CƏMİYYƏT
Rektorlar Azad Rəhimovu saymırlar
Nazirin tələbə kartları əlində qalıb
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə indiyədək 40 min "Azərbaycan tələbə kartı" paylanıb. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, ümumilikdə 190 min tələbə kartının paylanması gözlənilir.
A. Rəhimov təəssüflə deyib ki, ali təhsil ocaqları tələbə kartlarının əldə olunmasında fəallıq göstərmirlər: "Bu kartları hazırlamaq üçün şəkillər və siyahı lazımdır. İstərdik ki, ali təhsil müəssisələri bu prosesdə fəal olsunlar. Onlar bunu nə qədər tez təşkil etsələr, tələbə kartları da bir o qədər tez paylanacaq".
Nazir onu da qeyd edib ki, tələbə kartları dünya ölkələrində olan 80 min obyektdən (dəmir yolları, hotellər, aeroportlar və s.) 5 faizdən 50 faizədək güzəştlə yararlanmağa imkan verir.
Qeyd edək ki, gənclər və idman nazirinin bu gileyi artıq onun hakimiyyət daxilində mövqelərinin kəskin şəkildə sarsıldığı və Rəhimovun iqtidar ierarxiyasında ən zəif fiqurlardan birinə çevrildiyi barədə mətbuatdakı iddiaları təsdiqləyir. Əgər belə olmasaydı, daha da konkretləşdirsək, Azad Rəhimovun yerinə bir azca "dişli" nazir olsaydı, etiraf edək ki, nə tələbə kartlarının əldə olunması sarıdan bir problem yaşanar, nə də həmin nazir çıxıb mətbuat vasitəsilə hər hansı giley-güzar edərdi.
Onu da qeyd edək ki, son vaxtlar gənclər və idman naziri ilk dəfə deyil ki, belə bir vəziyyətə düşür. Belə ki, Rəhimov demişdi: "Ümid edirəm ki, bundan sonra gənclərlə bağlı layihələrə başqa biznes şirkətləri də dəstək olacaq". Həmin sözlər "İrəli" İctimai Birliyi tərəfindən nəşr olunmuş "Azərbaycanı tanı" kitabının təqdimat mərasimində səsləndirilmişdi. "Zqan Holdinq" və "Azercell" şirkətlərinin layihəyə dəstək verdiyini xatırladan A. Rəhimov isə məhz yuxarıdakı çağırışı səsləndirmişdi.
Amma onun çağırışı havadan asılı qaldı: nəinki digər şirkətlər gənclər və idman nazirinin səsinə səs verdi, hətta bildiyimiz qədər artıq əvvəllər Gənclər və İdman Nazirliyinin təşəbbüslərinə dəstək verən şirkətlər də yavaş-yavaş aradan çıxıblar. Öz şirkətlərinin isə maddi durumunun yaxşı olmaması Azad Rəhimovu başqa tərəfdən pis vəziyyətdə qoyur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22