“COVİD-19” pandemiyası zamanı çiyinlərinə düşən ağır yükün öhdəsindən fədakarcasına gələn qəhrəman səhiyyə işçilərimizin əməyini daim yüksək dəyərləndirən “Rabitəbank” ASC onlar üçün xüsusi kredit məhsulunu təqdim edib.
Unika.org-a bankdan verilən xəbərə görə, yeni “Sağlam ol” kredit məhsulundan səhiyyə sahəsində minimum 1 il çalışan bütün tibb işçiləri yararlana bilərlər.
Məhsulun təqdim etdiyi güzəştli şərtlər isə bunlardır: İllik 17%-dən başlayaraq maksimum 15.000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə əldə edə biləcəklər. Üstəlik kredit məhsulu üçün müraciət etmiş hər kəsə Kartmane kredit və ya Kartmane debet kartı hədiyyə olunacaq.
“Rabitəbank” sağlamlığımızı qoruyan bütün tibb işçilərinin xərclərini qorumağa hazırdır. “Sağlam ol” kreditinin üstünlüklərindən bütün tibb işçiləri faydalana bilərlər. Məhsul haqqında daha ətraflı məlumat əldə etmək və ya onlayn sifariş etmək üçün rabitabank.com veb-saytına keçid edə bilərsiniz. "Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir