Türkiyə polisi “qanuni oğru” Nadir Səlifovu öldürməkdə ittiham olunan 25 yaşlı kriminal avtoritet Xaqan Zeynalov (Xan Əhmədlinski) və 26 yaşlı Əmir Ahmədlidən ifadə alıb.
Unikal.org xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yazır.
“Mən onu, ümumiyyətlə sevmirdim. Bir böyümüşük, mən onun cangüdəni idim. Xoşuma gəlməsə də, bu işi görürdüm. Ona görə də onu öldürdüm”, - deyə avtoritet bildirib.
Xaqan Zeynalov əlavə edib ki, qətl zamanı Əmir Əhmədli onu maşında gözləyib.