Beynəlxalq kredit reytinq agentliyi “Fitch" Türkiyənin kredit reytinqini yenidən "BB-" səviyyəsində təsdiqləyib.

Unikal.org xəbər verir ki, bu barədə agentlik tərəfindən yayılan relizdə deyilir. 

Reytinq üzrə proqnozun "sabit"dən "mənfi"yə dəyişdiyi də bildirilir.

Agentliyin məlumatına əsasən, Türkiyənin valyuta ehtiyatlarında tükənmə müşahidə olunur, pul siyasəti zəifdir, cari əməliyyatlar balansında kəsir var və bütün bunlar ölkənin xarici maliyyə risklərini artırır.

"Bu il Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək, gələn il isə 5,4% böyüyəcək", - deyə proqnoz edilir.