Xaqan Zeynalov (Xan Bakinski) "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifova iki dəfə atəş açıb.
Unikal.org xəbər verir ki,bu barədə Türkiyənin məhkəmə tibbi ekspertizasının ilkin nəticələrində deyilir.
Bildirilir ki, güllələrdən biri "qanuni oğru"nun başına, digəri isə boynuna dəyib.
Xatırladaq ki,daha öncə KİV-də qatilinin "Lotu Quli"yə 4 dəfə atəş açdığı bildirilirdi.