Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Unikla.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.
Qeyd edək ki, Giresunun Dereli rayonunda avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.