Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, əməliyyata götürülüb.
Ona bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.