Ölkənin demokratların idarə etdiyi şəhərlərində zorakılığa yalnız gücdən istifadə etməklə son qoymaq olar.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
Daha əvvəl ABŞ lideri Portlenddə baş verən iğtişaşlara münasibət bildirərkən şəhərin meri Ted Vilerə Milli Qvardiyanın əsgərlərini şəhərə yeritməyə səsləmişdi.
Xatırladaq ki, ABŞ-da qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonar bir neçə şəhərdə başlayan kütləvi iğtişaşlar hələ də davam edir.
The only way you will stop the violence in the high crime Democrat run cities is through strength!
— Donald J. Trump (@realDonaldTrump) August 30, 2020