Türkiyədə 2020-2021 tədris ilinə başlanılıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Türkiyənin təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb.
Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək.
Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək.
Daha sonra Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Elm Qurumunun tövsiyəsinə uyğun olaraq məktəblərin açılması gözlənilir.