Türkiyə nümayəndə heyəti Xarici İşlər nazirinin müavini Sedat Onalın rəhbərliyi altında Rusiyaya yola düşüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir.
Türkiyənin qurumlararası deleqasiyasının Moskvaya səfərinin iki gün sürəcəyi bildirilir.
Qeyd edilir ki, səfərin məqsədi regiondakı, eləcə də Liviya və Suriyadakı vəziyyətin müzakirəsidir.