ABŞ-ın Texas ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Unikal.org  xəbər verir ki, hadisə Hyuston şəhərinin 137 km şimal-qərbində yerləşən Brayn şəhərinin “Coulter Field” hava limanında baş verib.

Federal Mülkü Aviasiya İdarəsinin sözçüsü Linn Lansford bildirib ki, tək mühərrikli “Piper PA 24” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.