"Günay Sığorta" ASC şirkətə əməkdaşlar axtarır.
Unikal.org xəbər verir ki, ASC bu vəzifələri vakant elan edib:
Vəzifə: Korporativ satış üzrə baş mütəxəssis
Namizədə tələblər:
Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
Yaş: 20-40;
Cins: Kişi;
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
İş təcrübəsi: 2 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Mövcud Korporativ müştərilərlə əlaqələri möhkəmləndirmək;
Korporativ satış planını yerinə yetirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Tenderlərdə iştirak etmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi
Namizədə tələblər:
Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
Yaş: 20-40;
Cins: Kişi;
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
İş təcrübəsi: 1 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Yeni partnyorların cəlb edilməsi;
Yeni partnyorlarnan görüşlərin təyin olunması, keçirilməsi və yazışmaların aparılması;
Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
Rəhbərliyə gündəlik,aylıq və illik satış haqqında hesabatın hazırlanması.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: Maliyyə şöbəsinin aparıcı mütəxəssisi
Namizədə tələblər:
Yaş: 20-40;
Təhsil: Ali;
Vergi Məcəlləsini bilməli;
Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi;
Microsoft Office (əsasən Excel) proqramlarında sərbəst işləmək bacarığı;
1C proqramları ilə işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Debitor və kreditor hesablaşmaların aparılması;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: İnsan resursları üzrə mütəxəssis
Namizədə tələblər:
Yaş: 20-40;
Təhsil: Ali;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi;
Microsoft Office (əsasən Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Kadr tələbinin planlaşdırılması;
Vəzifə təlimatlarının hazırlanması;
Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
Kadr bazasının yaradılması;
İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, elektron Hökumət Portalına daxil edilməsi;
İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: Hadisələrin araşdırılması üzrə mütəxəssis
Namizədə tələblər:
Yaş: 20-40;
Cins: Kişi;
İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
Dil bilikləri: Azərbaycan (əla) ;
B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışı olan.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Yol nəqliyyat hadisələrinə baxış keçirtmək və qəza hadisəsini yerindəcə araşdırmaq;
Hadisənin foto və video çəkilişlərini aparmaq;
Hadisəni rəsmiləşdirmək;
Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatları işləmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: Aparıcı Hüquqşünas
Namizədə tələblər:
Yaş: 20-40;
Cins: Kişi;
Təhsil: Ali (Hüquq sahəsində ali magistr təhsilinin olması) ;
İş təcrübəsi: 3 il;
Dil bilikləri: Azərbaycan (əla).
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Şirkətin bağladığı müqavilələrin ilkin hüquqi ekspertizasını həyata keçirmək;
Şirkətin hüquqi sənədlərinin tərtib edilməsində iştirak etmək;
Şirkəti məhkəmə və hüquq-mühafizə orqanlarında təmsil etmək;
Şirkətin fiziki və hüquqi şəxslərə qarşı yaranmış subroqasiya hüquqlarını təmin etmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
Vəzifə: Zəng mərkəzi üçün operator
Namizədə tələblər:
Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
Yaş: 20-35;
Cins: Qadın;
Təhsil: Ali və y aorta ixtisas;
Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır) ;
Komputer bilikləri: Ofis proqramları(Word, Excel)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Yeni müştərilərin tapılması;
Telefon vasitəsi ilə sığorta məhsullarının satışı;
Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması;
Şirkət məhsullarının müştərilərə təqdim edilməsi.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
QEYD- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;