Gürcüstanda parlament seçkiləri rəsmi olaraq oktyabrın 31-ə təyin olunub.
Unikal.org xəbər verir ki, belə bir bəyanatı prezident Salome Zurabişvili verib.
Gürcüstan konstitusiyasına əsasən, ölkədə seçkilər oktyabrın son şənbə günü keçirilir. Seçköncəsi təşviqat kampaniyası və seçkilərin tarixi 60 gün öncə elan olunur.
Gürcüstan parlamentinin ölkə konstitusiyasına daha öncə etdiyi əlavələrə əsasən, 150 deputatdan 120-si parlament seçkilərində proporsional, 30-u isə majoritar sistemlə seçiləcəklər. Əlavələrə qədər isə parlament qarışıq sistemlə - 77 deputat proporsional, 73 deputat isə majoritar siyahı ilə seçilirdi.